Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:24

Orta məktəblərdə dövlət büdcəsi hesabına məktəbə hazırlıq kursları açılacaq.

Bu barədə Nazirlər Kabineti qərar verib.

APA xəbər verir ki, 5-yaşlı uşaqların məktəbəhazırlıq təhsilinin təşkilində məktəbəqədər təhsil müəssisələri ilə yanaşı, mövcud təhsil və digər sosial-mədəni obyektlərin infrastrukturundan, dövlət ümumtəhsil məktəblərinin pedaqoji kadr potensialından istifadə ediləcək.

Qərarda əlavə olunmuş cədvələ əsasən, 2016-2017-ci dərs ilindən başlayaraq ayrılmış büdcə vəsaiti çərçivəsində 2020-ci ilədək uşaqların məktəbə hazırlıqla əhatə olunması 90 faizə çatdırılacaq.

Məktəbəqədər hazırlıq kursları üçün ayrılacaq məbləğ məlum deyil.

Azərbaycanda 1-ci sinfə uşaqlar 6 yaşdan qəbul edilir.

Bir neçə ildir ki, bir çox valideyn şəxsi vəsaiti hesabına 5-yaşlı uşağını özəl təşkil edilmiş məktəbə hazırlıq kurslarına göndərirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG