Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:08

-

Hindistanla Pakistan arasında mübahisəli Kəşmir vilayətində etirazçılarla polisin toqquşmalarında azı 32 nəfər ölüb. Hindistan və Pakistan bir-birini ittiham edir, BMT isə sakitliyə çağırıb.

BMT-nin Baş katibi Ban Ki-moon tərəfləri gələcək zorakılıqdan yayınmaqdan ötrü maksimum sakitliyə səsləyib. Kəşmirin separatçı liderləri isə yeni etirazlara və ümumi tətilə çağırıb.

Ötən həftəsonundan Kəşmir vadisindəki toqquşmalarda 31 dinc sakin və bir polis həlak olub. Bu, regionda 2010-cu ildən bəri ən ağır toqquşmadır. 2010-cu ildə polisin bir yeniyetməni öldürməsindən sonra yaranan iğtişaşlarda 110 nəfər həlak olmuşdu.

Rəsmilərin məlumatına görə, 100 təhlükəsizlik əməkdaşı daxil olmaqla, 400-dən çox adam yaralanıb.

Regionda mağazaların pəncərələri sındırılıb, biznes obyektləri bağlanıb, mobil internet xidmətləri kəsilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG