Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 03:48

-

Xorvatiyanın serb üsyançı lideri Goran Hadzic iyulun 12-də 57 yaşında dünyasını dəyişib. O, BMT məhkəməsi tərəfindən 1991-1995-ci illər Xorvatiya müharibəsindəki roluna görə mühakimə olunurdu.

Serbiyanın Tanjug xəbər agentliyi Vojvodina vilayət xəstəxanasına istinadla yazıb ki, Hadzic “ağır xəstəlikdən vəfat edib”.

Hadzic 1991-1993-cü illərdə minlərlə qeyri-serbin Xorvatiyadan məcburi çıxarılması və qətlində iddia olunan roluna görə, ümumilikdə, 14 hərbi cinayətdə ittiham olunurdu.

Apreldə Haaqa məhkəməsi elan etdi ki, Hadzic beyin xərçəngiylə mübarizə apardığından məhkəmə qeyri-müəyyən vaxtadək ertələnir.

Hadzic yeddi il axtarılandan sonra, 2011-ci ildə Serbiyada saxlanmışdı və məhkəməsi 2012-ci ilin oktyabrında başlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG