Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:59

Nüvə sazişinə qarşı layihəni səsə qoyacaqlar


İran bayrağı, arxiv fotosu

İran bayrağı, arxiv fotosu

-

İyulun 13-də ABŞ Nümayəndələr Palatası Prezident Barack Obama-nın İranla nüvə razılaşmasına zərbə vuracaq qanun layihəsini səsə qoyacaq. Respublikaçıların hazırladığı bu layihə İrana yeni sanksiyaları nəzərdə tutur. Həmin sanksiyaların İrana terrorçuluq və insan haqları pozuntularını dəstəyə görə qoyulması nəzərdə tutulur; İrandan “ağırlaşdırılmış suyun” alışı qadağan olunur, baxmayaraq ki, nüvə sazişi buna icazə verir; İranın ABŞ maliyyə sisteminə çıxışı əngəllənir, ABŞ dollarından istifadəsi də yasaqlanır.

ABŞ Nümayəndələr Palatasına və Senata nəzarət edən respublikaçılar ötən il yekdilliklə nüvə sazişinə qarşı çıxıblar. Elə o vaxtdan da İranın ballistik raketləri sınaqdan keçirməsindən və digər hərəkətlərindən narahatdırlar, bu hərəkətləri provokativ sayırlar.

Palatanın demokrat lideri Nancy Pelosi isə iyulun 12də demokratları qanunun əleyhinə səs verməyə çağırıb. Demokratlar bu layihənin nüvə sazişinə qarşı olduğunu deyirlər.

Ağ Ev də layihəyə veto qoymaqla hədələyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG