Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:57

-

Daxili işlər naziri Ramil Usubovun əmri ilə nazirliyin Baş Cinayət Axtarış İdarəsinə yeni rəis təyin edilib.

Əmrə əsasən, Baş Cinayət Axtarış İdarəsinin rəis müavini vəzifəsində çalışmış polis polkovniki Arzu Daşdəmirov baş idarənin rəisi təyin olunub.

Daxili İşlər Nazirliyindən Turana məlumatı təsdiqləyiblər.

Baş Cinayət Axtarış İdarəsinin rəisi olmuş Emin Şəkinski bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG