Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:35

-

“Neft Daşları” neft-qazçıxarma idarəsinin estakada və meydançalarındakı məişət-fekal tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdılır”.

APA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə istinadla belə məlumat yayıb.

Aparılan monitorinq zamanı idarənin mədən ərazilərində ekoloji vəziyyətin qənaətbəxş olmaması müəyyənləşib.

“Ən çox ekoloji çirklənmə 1 və 2 saylı ilkin neftyığma məntəqələrində qeydə alınıb. İlkin neftyığma məntəqələrinin istismar müddəti bitdiyindən hazırda qəzalı vəziyyətdədir. Mədən ərazilərində hasil olunan maye 1 və 2 saylı ilkin neftyığma məntəqələrində toplanır. Toplanan mayedən ayrılmış lay suyu nasoslar vasitəsilə təyinatı üzrə vurulsa da, 1 saylı ilkin neftyığma məntəqəsində nasosdan axan lay suyunun birbaşa dənizə atılması faktı müşahidə olunub”, - məlumatda deyilir.

Neft Daşlarındakı 516 saylı meydançasındakı quyulara qazın nəqli zamanı atmosferə sızmaların baş verməsi də qeyd edilir.

Monitorinq zamanı, quyulardan birində aparılan təmir işləri zamanı formalaşan neftli mayenin birbaşa dənizə atıldığı monitorinq zamanı müşahidə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG