Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 03:55

İyulun 12-də İtaliyanın cənubundakı Bari şəhərininin yaxınlığında iki sürət qatarı toqquşub.

Qatarlar naməlum səbəbdən eyni yolda başbaşa gəliblər.

Hər bir qatarda 4 vaqon olub və onlardan bir neçəsi tamamilə dağılıb.

Rəsmilər azı 20 nəfərin öldüyünü deyirlər.

Xilasedicilər vaqonları kəsərək sağ qalanları axtarırlar.

Qırıntıların altından sağ qalmış bir uşaq çıxarılıb.

Vaqonlardan birində olan Korato şəhərinin meri toqquşmanı yerə dəyən təyyarə zərbəsinə bənzədir.

Onlarla yaralı xəstəxanalara götürülüb. Onlardan bir neçəsi ağır vəziyyətdədir.

Həkimlər ətraf qəsəbələrin sakinlərini qan verməyə çağırıblar.

Qəza yerinin yaxınlığında səhra xəstaxanası yaradılıb.

Yaxınlıqdakı Trani şəhərinin prokuroru bildirib ki, qəzaya səbəb insan faktoru ola bilər.

Amma dəqiq məlumat istintaq zamanı bəlli olacaq.

Həmin yolun operatoru Baridəki özəl Ferrotramviaria şirkətidir.

Hər gün Korato və Bari arasındakı bu yoldan 200-dək qatar keçir.

XS
SM
MD
LG