Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 09:24

ABŞ-ın Kolorado ştatında 6 böyük meşə yanğını tüğyan edir.

İsti və quru külək yanğınsöndürənlərin işini əngəlləyir.

Yanğın yeni-yeni sahələrə yayılır.

Yanğın Denverin şimal-qərbində təxminən 250 hektar meşəni məhv edib və şəhərə yaxınlaşır.

Amma yeri şerifin sözlərinə görə, yanğınsöndürənlər alovun qarşısını alıb.

Küləyin sürəti saniyədə 15 metrdir.

Hakim dairələrin məlumatına görə, iyulun 13-də yanğın təxminən 5 min hektar əraziyə yayılıb.

Yanğınlardan azı birinin səbəbkarı turistlər olub.

Onlar qaladıqları ocağın tam sönməsinə əmin olmamış gediblər.

Qalanını isə külək edib.

Yanğınsöndürənlər hələlik heç nə deyə bilmirlər.

Bəziləri hesab edir ki, yanğın oktyabradək davam edə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG