Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:42

-

Gələn il gündəlik neft hasilatı 40 min barrel azalacaq.

2016-cı ildə Azərbaycanda sutkalıq neft hasilatı ortalama 0,85 milyon barrel təşkil edəcək. Bu da 2015-ci illə müqayisədə sutkada 10 min barrel azdır.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) yeni açıqlanmış “Neft Bazarı Hesabatı”nda belə deyilir.

Hesabata görə, Azərbaycanda iyun ayında da neft hasilatında azalma olub. İyun ayında sutkalıq hasilat may ayı ilə müqayisədə azı 10 min barrel azalıb. Ötən ay hasilat 0,78 milyon barrelə düşüb.

Hesabatda vurğulanır ki, Azərbaycanda hasil olunan neftin əsas mənbəyi “Azəri-Çıraq-Günəşli” yataqlar blokudur.

OPEC gələn il neft hasilatında azalmanın daha da artacağını qeyd edib. Qurumun analitiklərinə görə, 2017-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 40 min barrel azalacaq.

Sənəddə azalma yeni layihələrin olmaması ilə izah edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG