Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 07:25

Rusiyalı səyahətçi hava şarı ilə yer ətrafında dövrə vurur


Fedor Konyukhov

Fedor Konyukhov

Sərgüzəştlər axtaran rusiyalı səyahətçi Fydor Konyuxov yer ətrafında 5 dəfə dövrə vurub.

Bu dəfə o, hava şarı ilə yollanır.

Konyuxov səyahətə iyulun 12-də Avstraliyadan yollanıb.

Amerikalı Stiv Fosset 2012-ci ildə hava şarı ilə yer ətrafına dövrə vuranda, məhz burdan başlamış və13 gün yarımdan sonra geri dönmüşdü.

Konyuxov indi onun rekordunu təzələmək istəyir.

Səyahətçini həyat yoldaşı Arina və uşaqları yola salıb. “O bunu gəncliyindən arzulayırdı. Həmişə deyir ki, bu onun ən əziz və ən çətin arzusudur”.

Yazıçı, rəssam, kahin və çempion Fyodr Konyuxov Everest zirvəsini, Cənub və Şimal qütblərini fəth edib, avarlı qayıqla Atlantik və Sakit okeanı keçib.

64 yaşlı Konyuxov indi təkbaşına hava şarı ilə 33 min kilometr məsafə qət eləməlidir.

O Yeni Zelandiya, Çili,Argentina və Cənubi Afrikanın üzərindən uçacaq.

Səyahətçi bu səfərə 1 il hazırlıq görüb, hava şarını idarə eləmək üçün müvəqqəti arayış alıb.

Komandası ona yaxşı hava və yolüstü külək arzulayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG