Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:59

Səddam Hüseynin povesti İngiltərədə çap olunacaq


Saddam Hussein-in ona verilən ölüm hökmünə reaksiyası, 2006

Saddam Hussein-in ona verilən ölüm hökmünə reaksiyası, 2006

-

İraqın keçmiş prezidenti Səddam Hüseynin yazdığı povest dekbarda Böyük Britaniyada nəşr olunacaq. Artıq Yaponiya, Türkiyə və s. kimi ölkələrdə nəşr olunmuş povestin ingilis dilində tərcüməsi ilk dəfə nəşr olunacaq. Bu haqda "Guardian" qəzeti xəbər verib.

Povesti nəşr etməyi öhdəsinə götürmüş “Hesperus” nəşriyyatı əsəri “Taxt oyunları” ilə “Kartdan ev” kimi populiyar kitablara bənzədir. Kitabda 500 ildir Fərat çayının sahilində yaşayan və yadelli işğalçılarla mübarizə aparmaq məcburiyyətində qalmış xalqdan bəhs edir.

Povestin hələlik rəsmi adı yoxdur, amma Səddamın bu əsəri başqa ölkələrdə “Rədd ol, Şeytan!” və “Şeytanla rəqs” adıyla çıxıb.

Səddam Hüseynin 2003-ci ildə İordaniyada çap olunmuş "Rədd ol Şeytan" adlı kitabının üz qabığı.

Səddam Hüseynin 2003-ci ildə İordaniyada çap olunmuş "Rədd ol Şeytan" adlı kitabının üz qabığı.

Əsərin əlyazması İraqdan Səddamın qızı Raqad Hüseyn tərəfindən gizlincə gətirilib və ilk dəfə 2005-ci ildə İordaniyada çap olunub. Amma kitabın bütün nüsxələri dərhal satışdan çıxarılıb və nəticədə Səddamın əsərinin çoxlu qeyri-rəsmi versiyaları ortaya çıxıb. Əsəri əldə etmiş “The New York Times” qəzeti onu “tez unudulacaq ucuz oxu vasitəsi” kimi xarakterizə edib.

“Hesperus” nəşriyyatı kitabı keçmiş İraq prezidentinin edamının onuncu ildönümünə həsr edəcəyini bildirib.

Həmçinin qeyd edək ki, bu Səddam Hüseynin yeganə əsəri deyil, o həyatı boyu üç povest çap etdirib, hamısını da “Müəllif” ləqəbi ilə çap yayımladırmış. Onun ilk povesti, 2000-ci ildə çıxmış “Zabiba və Kral” adlanır, bundan sonra onun 2001 və 2002-ci illərdə də kitabları çıxıb. 2003-cü ildə İraq müharibəsinin başlanğıcına qədər Səddam Hüseynin kitabları İraq məktəblərində dərs proqramlarına salınırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG