Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:32

Böyük Britaniyanın baş naziri David Cameron iyulun 13-də istefaya gedəcəyini və səlahiyyətlərini mühafizəkarların yeni lideri Tereza Meyə ( Theresa May) verəcəyini bəyan edib.

Mühafizəkarlar partiyasından baş nazirliyə digər iddiaçı Andrea Lidsom (Andrea Jacqueline Leadsom) mübarizəni dayandırdıqdan sonra Tereza Mey partiyanın lideri seçilib.

Böyük Britaniyanın baş naziri David Cameron: “Xoş gördük ! Mühafizəkarlara lider seçmək üçün uzun kampaniyaya ehtiyac olmayacağından şadam. Hesab edirəm ki, Andrea Lidsom kənara çəkiməklə çox düzgün addım atıb. Təbii ki, mühafizəkarlar partiyası Tereza Meyi dəstəkləyir. Mən də onun növbəti baş nazir olacağından çox şadam.

O güclü, səlahiyyətli, qarşıdakı illərdə ölkəmizin tələb etdiyi liderliyə layiq bir şəxsdir və mən onu tam dəstəkləyəcəm.

Bütün bu dəyişikliklərə görə, bizə uzun keçid dövrü lazım deyil. Beləliklə sabah mənim sədrliyimlə kabinetin sonuncu iclası keçiriləcək,çərşənbə günü icmalar palatasında sualları cavablandıracam.

Bundan sonara isə istefa üçün saraya gedəcəm və beləliklə bizim bu binada yeni baş nazirimiz olacaq”, Cameron deyib.

Qeyd edək ki, David Cameron iyunun 23-də ölkənin Avropa Birliyindən çıxması ilə nəticələnən referendumdan sonar istefa verəcəyini bildirmişdi.

O, Böyük Britaniyanın Avropa Birliyində qalmasının tərəfdarı idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG