Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:18

Rusiya ilə dostluq Türkiyəyə 10 milyard qazandıracaq


Bodrum
Bodrum

Rusiya ilə dostluğun bərpası yaxın iki ildə Türkiyəyə 10 milyard dollar xeyir verəcək. Bunu Hürriyyet qəzeti Ata invest şirkətinin hesablamalarına əsasən yazır.

Bu, ticarət, iqtisadi əlaqələrin bərpasının gətirəcəyi xeyirdir. Türkiyəyə bundan əlavə gələn fayda isə ildə 4,5-5 milyard dollar olacaq.

Ata invest hesab edir ki, Türkiyə təhlükəli regionda yerləşir, ancaq Rusiya ilə münasibətin korlanması Türkiyə üçün son illər ən riskli hadisələrdən biridir.

Türkiyə Rusiya iqtisadiyyatında itirilmiş mövqelərini bərpa edə biləcəkmi? – bu suala hələlik ekspertlər cavab vermir.

XS
SM
MD
LG