Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 15:43

Xalid Əhədov «Bank Standard»a baş direktor təyin olunub.

Bu barədə məlumat Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) verilib.

«Bank Standard»da yaranmış maliyyə problemlərinin tənzimlənməsi məqsədilə MBNP mayın 3-dən 3 ay müddətinə banka müvəqqəti inzibatçı təyin edib. Kritik likvidlik çatışmazlığı ilə əlaqədar sosial xarakterli ödənişlər istisna olmaqla, bankın digər öhdəliklərinin ödənişinə iyulun 4-dək moratorium tətbiq olunub.

Bankın sistem əhəmiyyətini nəzərə alaraq, iyulun 4-dən səhmlərinin nəzarət zərfi dövlətə məxsus «Azər-Türk Bank» vasitəsilə sağlamlaşdırılması haqqında qərar qəbul olunub.

Avqustun 3-dən bank fəaliyyətini tam həcmdə bərpa edəcək.

Palatanın məlumatında qeyd edilir ki, sağlamlaşdırma proqramı çərçivəsində X.Əhədov bankın İdarə Heyətinin sədri səlahiyyətlərini icra edərək. O, avqustun 3-dək «Bank Standard»ın idarəetmə orqanlarını formalaşdıracaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcək.

Artıq X.Əhədov «Bank Standard»ın kollektivinə təqdim edilib.

X.Əhədov 2002-ci ildən bank sektorunda fəaliyyətə başlayıb, «Bank of Baku» və «Unibank»da rəhbər vəzifələrdə çalışıb.

XS
SM
MD
LG