Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:15

S&P tarixi rekord vurur


 New York Stock Exchange (NYSE)
New York Stock Exchange (NYSE)

ABŞ-da 500 ən böyük şirkətin səhmlərini özündə birləşdirən S&P indeksi tarixi rekord vuraraq 2140-a çatıb.

Bu indeks 1957-ci ildən fəaliyyətdədir. O vaxt onun qiyməti cəmi 44 idi.

Nyu Yorkun NYSE birjasında səhmlərinin qiyməti qalxan qurumlar arasında banklar liderlik edir. JP Morgan Bankının səhmləri 1,3 faiz, Citigroup 1,4 faiz, Bank Of America-nın səshmləri 1 faiz bahalanıb.

Dollar da qalxır. Keçən həftə iyulun 8-də ABŞ-da yeni iş yerlərinin aylıq statistikası elan olundu. Gözlənilən 180 min yeni iş yerinin əvəzinə 287 min iş yerinin yaradılması dolların kəskin qalxmasına təkan verdi.

S&P indeksinin bundan əvvəlki rekordu mayın 20-də müəyyən olunmuşdu- 2134.

XS
SM
MD
LG