Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 07:13

-

Bağdadın əsasən şiələr yaşayan hissəsində bazarda bomba qoyulmuş maşın partladılıb, azı 9 nəfər ölüb, onlarla yaralı var.

Partlayış iyulun 12-də Bağdadın şimal-şərqində yerləşən Al-Rashidiya bölgəsində meyvə-tərəvəz bazarında törədilib.

Hücuma görə məsuliyyəti götürən olmayıb. Amma İslam Dövləti (İŞİD) qruplaşması şiələri kafir sayır və son aylar İraqda yüzlərlə adamın ölümüylə nəticələnmiş partlayışlara görə hücumları üzərinə götürüb.

Ötən həftə Bağdadda iki partlayış törədilib, azı 292 nəfər həlak olub.

ABŞ-ın Müdafiə naziri Ash Carter iyulun 11-də Bağdadda deyib ki, Vaşinqton İraqa 500-dən artıq əsgər göndərəcək, Mosul yaxınlığında yeni baza qurulacaq. İraqın ikinci böyük şəhəri olan Mosul İŞİD-in nəzarətindədir, İraq rəsmiləri onu geri almağa ümid edir.

XS
SM
MD
LG