Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:35

«Həmsədrlərin regiona təcili səfərlə bağlı planları yoxdur, lakin biz tərəflərlə mütəmadi əlaqələrimizi davam etdirəcəyik».

Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick deyib.

O bildirib ki, iyulun 11-də Vyanada keçirilən görüşdə həmsədrlər Minsk qrupu üzvlərini aparılan danışıqlar, o cümlədən ABŞ dövlət katibi John Kerry-nin NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü, Rusiya prezidenti Vladimir Putin-in Sankt-Peterburqda təşkil etdiyi sammit barədə məlumatlandırıblar.

Onun sözlərinə görə, həmsədr ölkələr hərtərəfli sülh sazişinin imzalanması istiqamətində substantiv danışıqlar üzrə irəliləyişin əldə olunması, ATƏT-in monitorinq missiyasının genişləndirilməsi və araşdırma mexanizmləri ilə bağlı təkliflərin yekunlaşdırılması üçün tərəflərlə yüksəksəviyyəli səyləri davam etdirəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG