Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 23:05

Rusiya hökuməti dünyada ən böyük almaz istehsalçısı olan «Alrosa» şirkətində səhmlərinin bir hissəsini satıb. Ölkənin büdcə defisitini bağlamaqdan ötrü bu satışdan 818 milyon dollar əldə olunub.

İyulun 11-də Moskvada elan olunmuş bu sövdələşmə son 3 ildə dövlət tərəfindən həyata keçirilmiş ən böyük səhm satışıdır. Bu, həm də əcnəbi investorların Qərbin Rusiyaya sanksiyalarına baxmayaraq, bu ölkəyə marağını göstərir, onlar səhmlərin 60 faizdən artığını alıblar. Rusiyanın iqtisadiyyat naziri Aleksei Ulyukayev belə deyib.

Ulyukayev-in sözlərinə görə, səhmlərə əsas maraq Avropa və Asiya investorlarından gəlib və təklif olunan 10.9 faizdən 2 dəfə çox olub.

Rusiya «Rosneft» neft şirkəti, «Sovcomflot» gəmiçilik şirkəti və «Bashneft» neft istehsalı şirkətində də səhmlərinin satışını planlaşdırır.

«Ümid edirik, bu şirkətlərin hamısı, yaxud bir hissəsi bu ilin sonunadək satılacaq və federal büdcə defisiti bağlanacaq», - nazir söyləyib.

Dövlət səhmlərinin satışı siyasi faktorlar üzündən əngəllənib. Bəzi dövlət rəsmiləri şirkətlərin dövlət nəzarətində saxlanmasını istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG