Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:18

-

İsrail Fələstin təşkilatını İranın cəbhəsi elan edərək yasaqlayıb.

Müdafiə naziri Avigdor Lieberman Al-Hirak Al-Shababi (“gənclər hərəkatı”) qrupunun qadağan olunması barədə sərəncam imzalayıb. Nazirlik iyulun 11-də bildirib ki, bu addım Shin Bet daxili təhlükəsizlik agentliyinin tövsiyəsi ilə atılıb.

İsrail kəşfiyyatı aşkarlayıb ki, “qrupun Hizballah və İranın rəhbərliyi altında israillilərə qarşı hücumlar həyata keçirməsi, Qərb sahildə və şərqi Qüdsdə zorakılığı qızışdırmasına dair xeyli informasiya toplayıb”.

Bu gənclər təşkilatı Qərb sahildə dinc fəaliyyətlə durumu dəyişmək istədiyini bildirir. Amma nazirlik bildirir ki, onlar “Fələstin rejiminin iki opponentinin rəhbərlik etdiyi terror qrupu”dur.

İsrail ordusu Livanın Hizballah qruplaşmasına əsas düşməni kimi baxır. Baş nazir Benjamin Netanyahu isə İranı regionda əsas sabitsizlik yaradan qüvvə adlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG