Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:57

-

2016-cı ilin birinci yarısında istehlak məhsullarının və xidmətlərin qiymətləri əvvəlki illə müqayisədə 10,5 faiz artıb.

Qiymətlər ərzaq məhsullarında 11,9, qeyri-ərzaq məhsullarında 15,4, əhaliyə göstərilən ödənişli xidmətlərdə isə 4,5 faiz yüksəlib.

Xəbəri Dövlət Statistika Komitəsi yayıb.

Məlumtda deyilir ki, iyun ayında qiymətlərdə artım olub. May ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,5, qeyri-ərzaq məhsullarının qiymətləri 0,3 faiz artıb.

Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Bəzi qiymətlərdə ucuzlaşma olub, ancaq bu daha çox mövsümi məhsulların hesabına olub.

İyunda may ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarının bir çoxunun qiymətində bahalaşma qeydə alınıb.Bahlaşma əsasən parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, televizor və kompüterlərin, minik avtomobillərinin qiymətlərində olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG