Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 07:12

-

Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində yeni bölmələr yaradılacaq. Bundan əlavə bütün nikah evlərində yeni ştat - müdir müavini vəzifəsi təsis ediləcək.

Ədliyyə Nazirliyinin kollegiyası “Qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamə”yə bununla bağlı dəyişikliklər edib.

Bu haqda APA xəbər verir.

Dəyişiklik yeni yaradılacaq bölmələrin, onların rəhbər və işçilərinin vəzifələrini də əhatə edir.

Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində bölmələrin yaradılması, ştat vahidlərinin artırılması dövlət qurumları strukturlarında ixtisarların aparılması fonunda diqqəti çəkir.

Son aylarda hökumət daha çox ayrı-ayrı strukturların birləşdirilməsi ilə ixtisarların edilməsi yönündə addımlar atırdı.

Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti ləğv edilmişdi.

Ondan əvvəl isə prezidentin sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin bütün rayon şöbələri ləğv olunmuşdu.

Dövlət Sosial Müdafiə Fondu (DSMF) da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilmişdi.

İlin əvvəlində isə daha 3 dövlət qurumu ləğv edilmişdi. Həmin qurumlar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (MMX) idi. Sözügedən qurumların bazası üzərində Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılmışdı.

Müstəqil iqtisadçılar hökumətin bu addımlarını neftin qiymətinin düşməsi nəticəsində ölkənin gəlirlərinin azalması ilə izah edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG