Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 19:09

Ukrayna ordusu Donetsk vilayətininTroitskoe kəndi ətrafında gedən döyüşdə 2 Rusiya vətəndaşını əsir götürüb.

Bunu prezident administrasiyasının nümayəndəsi Andrei Lısenko deyib.

Onun sözlərinə görə separatçıların birləşmələri ötən gecə Ukrayna ordusunun arxa cəbhəsinə soxulmaq istəyib.

Döyüş vaxtı hücum edənlərdən biri öldürülüb, ikisi isə ağır yaralanıb.

Ukraynanın baş qərargahı ölənin posportundakı şəkilini yayıb.

Onun 39 yaşlı Natan Tsakirov olduğu bildirilir.

Qalan iki nəfərin adları isə hələlik açıqlanmır.

Onların hazırda xəstəxanada olduqları bildirilir.

Kiyev və Qərb Rusiyanı separatçıları dəstəkləməkdə günahlandırırlar.

Moskva ittihamı rədd edir.

2014-cü ildən bu yana Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG