Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:35

-

Dövlət Neft Şirkəti AVRO-2016-dakı reklamdan razı qalıb.

“Avropa Çempionatında televiziya kanalları və canlı izləmələrdə milyardlarla müştərinin diqqəti dəfələrlə SOCAR brendinə cəlb olunub. Bu gələcəkdə şirkətə məxsus məhsulların bazarlara çıxarılması üçün möhkəm zəmin yaradıb”.

Avro-2016-nın SOCAR-ın biznes inkişafı üçün yekunlarının təqdimatında belə deyilir.

Təqdimat Avropa Çempionatının final oyuunundan öncə Parisdə keçirilib. Bu haqda SOCAR-ın saytı xəbər verir.

Təqdimatda bildirilib ki, xam neftin qiymətinin düşməsi fonunda şirkətin son illərdə apardığı reklam kampaniyaları faydalı olub. İlkin hesablamalara görə, bunun nəticəsində SOCAR məhsullarının beynəlxalq bazarlarda satış həcmi ilkin 30 faizə qədər yüksəlib.

SOCAR-ın Avropa Çempionatı təşkilatçıları ilə reklam əməkdaşlığına ölkədə münasibət birmənalı deyil.Müstəqil iqtisadçllar hesab edir ki,xam neft satan şirkətin reklama milyonlar xərclənməsi israfçılıqdan başqa bir şey deyil.

Yerli mediada şirkətin reklam üçün təşkilatçılara 70 milyon avro (120 milyon manat) ödəməsi haqda xəbərlər də yayılıb. SOCAR özü isə reklama nə qədər xərclədiyini açıqlamayıb.

Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə isə bir neçə gün əvvəl şirkətin reklam kampaniyasına vəsait yönəltməsini təqdir edərək bildirmişdi ki, “Avropa Çempionatının qalibi SOCAR olacaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG