Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:43

►Ekspert: Dünya bazarında qızılın bahalaşması Azərbaycana da təsir edir

Qızılın dünya bazar qiymətində artım yaşanır. Son 2 ilin rekorduna imza atan qiymətli metal ötən il 17 faiz, bu ilin ilk yarısındasa 24 faiz bahalaşıb. Təkcə iyun ayında qızılın qiyməti 7 faiz artıb. İndi bu qiymətli metalın bir qramı 44 dollara təklif edilir.

Qiymət artımları daha çox hiss ediləcək?

İqtisadiyyat eksperti Vüqar Bayramov deyir ki, qlobal bahalaşma Azərbaycanın qızıl bazarına da təsir göstərir: “Güman olunur ki, növbəti dövrdə qiymət artımları daha çox hiss ediləcək. Bir tərəfdən Ramazan ayı başa çatıb və yerli bazarda qızıla tələb yüksəlib, digər tərəfdənsə idxal edilən xam qızılın xərci çoxalıb. Qızıl bazarında tələbatın, əsasən, idxal hesabına ödənildiyini nəzərə alsaq, deyə bilərik ki, dünya bazarında qiymət artımları sürdükcə qiymət artımları da qaçılmazdır”.

Milyarder Soros-un qızıl bazarına təsiri

Vwqar Bayramov

Vwqar Bayramov

Ekspert bir müddət öncə ABŞ-ın aparıcı milyarderlərindən sayılan George Soros-un qızıl bazarına böyük məbləğdə sərmayə yönəltdiyini xatırladır: “Elə o zaman qızılın qiymətcə yüksələcəyini proqnozlaşdırmışdıq. Bu artımlar artıq müşahidə edilir. Qızıl bazarına yönəldilən sərmayələr qiymətli metala tələbatı artırıb”.

“Qlobal neft və valyuta bazarlarındakı qeyri-müəyyənlik…”

V. Bayramov qlobal neft və valyuta bazarlarındakı qeyri-müəyyənliyin investorlarda qızıla marağı artırdığını da sözlərinə əlavə edir: “Bu, dünya bazarında qızılın bahalaşmasında da özünü göstərir. Təbii ki, milyarder George Soros-un sözügedən bazara iri məbləğdə sərmayə yatırması spekulyativ davranışları da istisna etmir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG