Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:47

-

Maliyyə Bazarlarına Nəzarət Palatası bir sıra banklarda qısamüddətli yoxlamalar aparacaq.

Yoxlamalar aktivlərinin keyfiyyətini, kapitallaşma planlarının realizasiya vəziyyətinin dəqiqləşdirilməsi məqsədi daşıyır.

Bu qərarı Palatanın Direktorlar Şurası iyulun 11-də keçirdiyi iclasda verib. Hansı bankların yoxlanılacağı açıqlanmır.

İclasda bu ilin birinci yarısının yekunları üzrə maliyyə sisteminin dayanıqlığı və bütövlükdə maliyyə sabitliyi məsələləri müzakirə edilib. Direktorlar şurası ayrı-ayrı banklar tərəfindən sağlamlaşdırma planlarının icrası durumunu da nəzərdən keçirib.

İclasda palatanın strateji xidmətlər və bank fəaliyyətinə nəzarət departamentlərinə direktor təyinatları daolub.

Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin fevralında yaradılıb. Mərkəzi Bankın banklara lisenziyaların verilməsi və onlara nəzarət funksiyası palataya həvalə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG