Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:42

Böyük Britaniyanın energetika naziri Andrea Lidsom bazar ertəsi baş nazirlik uğrunda mübarizəni dayandırıb.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Belliklə onun rəqibi Tereza Mei bu vəzifəyə vahid iddiaçı qalır.

Mühavizəkar partiyasının nümayəndəsi Grema Bredinin sözlərinə görə, komitə hələ Terezanın partiya liderliyi və baş nazirliyə namizədliyini təsdiq eləməlidir, amma partiya prosesi sürətləndirmək fikrindədir.

Andrea Lidsom və Tereza Mei mühavizəkarlar partiyasının liderliyinə seçkinin ikinci mərhələsində səslərin əksəriyyətini qazanıblar.

Tereza Mei Böyük Britaniyanın Avropa Birliyində qalmasının, Lidsom isə çıxmasının tərəfdarıdır.

Mühavizəkarlar partiyasının lideri ölkənin yeni baş naziri olacaq.

Qeyd edək ki, Böyük Britaniya sakinləri bu günlərdə keçirilən referendumda ölkənin Avropa Birliyindən çıxmasına səs veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG