Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:02

Məhkəmə qarşısında yenə İraqda döyüşənlərdir


-

İyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının tərkibində döyüşməkdə təqsirli bilinən daha iki nəfərin – Anar Mahmudovla Elvin Əsgərovun məhkəməsinə hazırlıq iclası keçirilib. İclasa hakim Əhməd Quliyev sədrlik edib.

Bu iki gənc ötən ilədək Suriya və İraqda İŞİD tərkibində döyüşməkdə ittiham olunur. Hər ikisi keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunub.

Gənclərə qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, onlar 2012-2015-ci illərdə Suriya və İraqın müxtəlif bölgələrində “Cəbhətül-Nusra” və “Cumdul-Xilafə” silahlı qruplaşmalarının fəaliyyətində iştirak ediblər.

Hakim təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirdikdən və onları məhkəmə iclasının heyəti ilə tanış etdikdən sonra məhkəmə baxışını iyulun 14-nə təyin edib.

Son illər Suriya və İraqa müxtəlif silahlı qruplaşmaların tərkibində döyüşməkdə təqsirləndirilən onlarla azərbaycanlı məhkəmə qarşısına çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG