Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 07:12

Papa Heydər məscidinə də gedəcək


Vatikan -- Roma papası Francis Azərbaycan prezidenti ilə xanımını qəbul edir. 6 mart, 2015

Vatikan -- Roma papası Francis Azərbaycan prezidenti ilə xanımını qəbul edir. 6 mart, 2015

-

Roma Papası Francis oktyabrın 2-də Azərbaycana gələcək.

Bu haqda APA Vatikanın saytına istinadən xəbər verir.

Rəsmi qarşılanmadan sonra Papa Müqəddəs Məryəm Katolik kilsəsinə gedəcək.

Papanı prezident İlham Əliyev qəbul edəcək.

Papa Francis Heydər məscidində Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadə, Pravoslav kilsəsi və yerli yəhudi icması nümayəndələriylə də görüşəcək.

Ötən ay Yerevanda olan Roma Papası Qarabağ münaqişəsi ilə bağlı sülh çağırışı etmişdi. Azərbaycanın Xarici İşlər Nazirliyi bildirmişdi ki,“Roma Papası Franciskin sülh çağırışı Ermənistanda edildiyindən bu çağırışın ünvan sahibi rəsmi Yerevandır”.

'Heydər' məscidində bayram namazı qılındı- FOTOLAR

XS
SM
MD
LG