Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:03

►Giləzi sakinləri susuzluqdan haray çəkir

“İcra başçısının müavini də gəldi, sakinləri yığıb söz verdi ki, “motor” düzələcək. Gedişindən 2 gün keçib. Ancaq hələ də su yoxdur”.

Giləzinin “yolun üstü” adlanan yaşayış yerində 10 gündür ki, sakinlər susuzluqdan əziyyət çəkdiklərini deyirlər.

Kənan Rüstəmov AzadlıqRadiosuna danışır ki, sakinlər susuzluğun aradan qaldırılmasından ötrü toplaşıb yerli icra orqanlarına da müraciət ediblər.

Ancaq qulaqları boş vədlər eşitməkdən yorulub. İki gün əvvəlsə sakinlərin səsinə yaşadıqları əraziyə Xızı rayon icra hakimiyyətinin başçısının müavinlərindən biri gəlib.

Onlarla görüşərək tezliklə su probleminin həllini vəd edib. Ancaq bundan da kar aşmayıb – Giləzinin bir hissəsi hələ də susuz qalmaqdadır. Kənan Rüstəmov deyir, bu günədək, heç olmasa, sakinlərə boş da olsa, ümid verən vardı. İndi heç səslərinə səs verən də yoxdur:

“DEDİ, HARA İSTƏYİRSƏN, ŞİKAYƏT ELƏ”

“Getdim, icra nümayəndəsinə müraciət elədim ki, “məhəllələr susuzluqdan yanır. Bu su nə vaxt veriləcək?”Mənimlə çox kobud danışdı, dedi, “məndə su olur?” Dedim, “səni dövlət bura ona görə təyin edib ki, ərazinin problemlərini həll edəsən. Bu boyda ərazidə minlərlə insan 10 gündür suya həsrət qalıb. Əgər su verilməsə, şikayət edəcəm”. Dedi, “get, hara istəyirsən, şikayət elə””.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Giləzi sakini Bayram Nəsibov susuzluğun ailələrə vurduğu zərərdən danışır:

“BİZƏ CƏHƏNNƏM ƏZABI YAŞADIRLAR”

“10 günə yaxındır vedrələri maşının yük yerinə yığaraq gedib kənardan su gətirirəm. Ancaq maşını, su gətirməyə adamı olmayan insanlar da var axı... Bu yazıqlar susuzluqdan çatlayır. Evlərdə xəstə, qoca, körpə var. Yayın istisində suyu kəsməklə adamlara cəhənnəm əzabı verirlər. 10 gündür eləcə deyirlər, “motor xarabdır”, vəssalam. Burdan su idarəsinə səslənirəm: “Xarabdır, düzəldin də bəs... pulları altınıza yığırsız, bir motorun işə düşməsi nə böyük xərc aparır ki, bu qədər insana cəhənnəm yaşadırsız?””

Xızı rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, su nasoslarından birinin sıradan çıxması nəticəsində Giləzinin qeyd olunan ərazisinə su verilişində problem yaranıb:

“Su İdarəsinin işçiləri problemi aradan qaldırmağa çalışırlar və qısa zamanda ərazi su ilə təmin olunacaq”.

Sakinlərsə gözləməkdədirlər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG