Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:11

Portuqaliyalı azarkeşlər millinin avtobusunu belə qarşıladı


Yüzlərlə portuqaliyalı azarkeş bazar ertəsinə keçən gücə komandalarını alqışlamaq üçün Fransanın Markussi şəhərciyində yolun kənarına düzülüblər.

Portuqaliya millisi finalda yerli Fransa üzərində qələbədən sonra bu yolla məşq etdikləri bazaya dönüblər.

Final istər komanda, istərsə də azarkeşlər üçün gərgin olub.

Görüşün 8-ci dəqiqəsində komandanın kapitanı Cristiano Ronaldo rəqib komandanın oyunsusu Dimitrli Payetlə toqquşaraq zədələnib. O tibbi yardımdan sonra oyuna dönsə də meydanı xərəkdə tərk eləməli olub.

Azarkeşlər hesan edir ki, komandanın əsas ulduzunun olmaması komandanın ruhunu daha da yüksəldib.

“Bu gözəl-dəhşət idi, Ronaldo ilk dəqiqələrdə meydanı tərk eləməli oldu. Amma biz göstərdik ki, əsil ailəyik, birlikdə qalib gələ bilərik. Biz bunu bacarırıq və çempionuq”,Xuana Lobo adlı azarkeş deyir.

Hər iki komandanın bir neçə dəfə qol şansı oldu, amma oyunun əsas vaxtında hesab açılmadı.

Əlavə vaxtın ikinci hissəsində portuqaliyalı hücumçu Ederin gözəl zəribəsi komandasına kubok gətirdi.

Bu Portuqaliyanın Avropa çempionatında ilk belə uğurudur.

“43 illik gözlənti və biz buna nail olduq. Bu çox gözəl idi. 12 il əvəl biz efdə finala çıxanda bu fürsəti əldən verdik. Amma indi bunu fransızlarla edə bildik. Əla hisdir, 12 il bundan əvvəlkindən daha yaxşıdır” Karlos Albino deyir.

Portuqaliyalı azarkeşlərin sevinci bütün gücə boyu Parisdən Lissabonadək davam edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG