Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:49

Avropa Məhkəməsi hökumətə suallar göndərdi


İntiqam Əliyev (sağda, öndə)
İntiqam Əliyev (sağda, öndə)

-

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı daha 5 işi araşdırmağa başlayıb. Həmin işlər üzrə hökumətə suallar göndərilib.

Bu haqda Avropa Məhkəməsinin saytı xəbər verir.

Hökumətlə kommunikasiyaya başlanılmış işlər ifadə azadlığı, ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı hüquqlarının pozuntusu ilə bağlıdır.

Hüquqşunaslar İntiqam Əliyev və Ənnağı Hacıbəyli 2006-cı ildə Vəkillər Kollegiyasına üzv qəbul edilməmələrindən şikayət ediblər. Onlar ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu bildirirlər.

Vəkil Xalid Bağırovsa 2014-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsində söylədiyi fikirlərə görə Vəkillər Kollegiyasından çıxarılmasından şikayət edib.

Vəkil hesab edir ki, hökumət onun şəxsi həyatın toxunulmazlıq və ifadə azadlığı hüquqlarını, habelə, hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədlərini pozub.

Digər işlər jurnalist Həkimeldostu Mehdiyevin 2011-ci ildə məhkum edilməsi və narkotik maddə ittihamı ilə həbs edilən Dursun Əliyevin şikayətiilə bağlıdır.

2016-cı ildə Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının sayında ciddi artım müşahidə edilir. Məhkəmə ilk yarımildə Azərbaycandan göndərilən 20-dən artıq şikayətə baxaraq qərar verib.

Həmin qərarlar əsasən, seçki və birləşmək hüquqlarının pozuntusu ilə bağlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi bu ayın sonunadək daha 5 şikayət üzrə qərarını açıqlayacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG