Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:36

-

İyulun 11-də Mərkəzi Banka (MB) vəsaitlərin cəlb edilməsi üzrə 50 milyon manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 45 milyon manat olub.

Bu barədə MB-nin məlumatında deyilir. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 5,99 % təşkil edib. "MB bundan sonra da pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə uyğun olaraq istifadə edəcək", – deyə bankdan bildirilib.

Bundan öncə, iyunun 13-də MB ilk dəfə vəsaitlərin cəlb edilməsi üzrə hərrac keçirmişdi. Hərracda 150 milyon manat cəlb etmək nəzərdə tutulsa da, cəmi 129 milyon manat cəlb edilmişdi. 50 milyon manat həcmində keçirilmiş ikinci depozit hərracında tələb 98,5 milyon manat olmuşdu.

Bankdan bildirirlər ki, MB bu yolla artıq pul kütləsini dövriyyədən çıxarır.

Günün bütün mövzuları

XS
SM
MD
LG