Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 22:54

-

Xuliqanlıqda ittiham edilən jurnalist, ictimai fəal Elçin Həsənova daha ağır həbs cəzasının verilməsi istənilir.

İyulun 11-də dövlət ittihamçısı Əsədulla Ramazanov bununla bağlı məhkəməyə apelyasiya şikayəti verib.

Prokurorun şikayəti ötən ay jurnalisti 1 il müddətinə islah işlərinə məhkum edən məhkəmə qərarındandır.

Əsədulla Ramazanov jurnalistə qarşı çıxarılan hökmün dəyişdirilməsini, onun Cinayət Məcəlləsinin 221.3-cü (soyuq silah tətbiq etməklə xuliqanlıq törətmək) maddəsi ilə təqsirli bilinməsini və qeyd olunan maddənin sanksiyasi cərcivəsində ən agir cəza təyin edilməsini istəyir.

Bu haqda Turan agentliyinə jurnalistin vəkili Fariz Namazlı məlumat verib.

Vəkil bildirib ki, ittihamın heç bir hüquqi əsası yoxdur. Əksinə, müdafiə tərəfi jurnalistə tam bəraət verilməsi haqda qərar çıxarılmasını istəyir.

E.Həsənov ötən il keçmiş “Asiya” agentliyinin rəhbıri Cəfər Cəfərovun ona təzyiq etməsi ilə bağlı şikayət vermişdi. Sonradan bu şikayət onun özünə qarşı çevrilib.

Martda E.Həsənova qarşı Cinayət Məcəlləsinin 221-1-ci maddəsi ilə cinayət işi açılıb. Daha sonraittiham daha ağır maddə ilə 221-3 (soyuq silah tətbiq etməklə xuliqanlıq törətmək) əvəzlənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG