Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 00:48

-

Bakı Ağır Cinayətlər Məhkəməsində Xızı rayon Arxiv İdarəsinin işçisi olmuş 56 yaşlı Paşa Məmmədovun mühakiməsi yekunlaşıb.

Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə ittiham olunan Paşa Məmmədov 9 il azadlıqdan məhrum edilib.

Bu vaxta qədər barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilmiş Paşa Məmmədov hökmdən dərhal sonra məhkəmə zalında həbs olunub.

Cinayət işinin materiallarına görə, o, Kərimulla Əkbərov adlı şəxsdən sənəd verməkdən ötrü 2 min 500 manat rüşvət istəyib və son nəticədə 1300 manat alıb. Həmin şəxs də pulu verəndən sonra hüquq-mühafizə orqanlarına müraciət edib.

Paşa Məmmədov məhkəməyə ifadəsində özünü təqsirli bilməyib.

Onun vəkili müdafiə çıxışında Paşa Məmmədovun səhhətində ciddi problemlər olduğunu məhkəmənin nəzərinə çatdırıb.

Bir neçə dəqiqəlik müşavirədən sonra Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası hökmü açıqlayıb. Şəxsin yaşayış yerindən müsbət xarakterizə olunması, ilk məhkumluğu, səhhətindəki problemlərin yüngülləşdirici hal kimi nəzərə alındığını deyən hakim Paşa Məmmədovun 9 il azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG