Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:22

-

AXCP partiyanın gənclər təşkilatının üzvü Xəqani Nəsirovun 15 gündür yoxa çıxmasına görəhüquq-mühafizə orqanlarını günahlandırır.

Partiyanın bəyanatda deyilir ki, Xəqani Nəsirov siyasi baxışlarına görə saxlanılıb və müvəqqəti saxlanma təcridxanalarından birində olduğuna dair tutarlı şübhələr var:

“Sosial şəbəkələrdə onun qapalı yerdə sanitar qovşaqda təmizlik işlərinə məcbur edildiyi vəziyyətdə çəkilmiş şəkilləri yayılıb. Əvvəlki təcrübələr belə çəkilişlərin adətən polis nəzarətində, müvəqqəti saxlanma təcridxanasında aparıldığını göstərir. Bu haqda ölkə mediasında və sosial şəbəkələrdə bir neçə dəfə məlumat yayılsa da, dövlət orqanlarından hər hansı reaksiya olmayıb. Bu müddətdə onun davam edən axtarışı nəticə verməyib. Hüquq-mühafizə orqanlarından cavab almaq mümkün olmayıb”.

AXCP bildirir ki, gənc fəalın yoxa çıxması onun siyasi mövqeyi, sosial şəbəkələrdəki tənqidi məzmunlu statusları ilə bağlı ola bilər.

AXCP-nin Nəsimi rayon şöbəsinin üzvü olan Xəqani Nəsirovdan ötən ayın sonlarından xəbər yoxdur. Hüquq-mühafizə qurumları indiyədək bununla bağlı hər hansı açıqlama verməyiblər.

Daxili İşlər Nazirliyi Turanın ünvanladığı sorğunu da cavablandırılmayıb.

Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. Partiya onların günahsız yerə, siyasi sifarişlə həbs edildiyini deyi. Hakimiyyət rəsmilərisəölkədə siyasi məhbusların olması fikrini qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG