Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:57

ABŞ-da polisin əsassız silah tətbiq edilməsinə qarşı etiraz aksiyaları davam edir.

Polislərlə toqquşma və həbslərə baxmayaraq aksiyaçılar 3-cü gündür ki, küçələrədı qalırlar.

Memfisdə etirazçılar Missisipi çayı üzıərindəki körpünü blokadaya alıblar.

Bu körpü Tennesi və Arkanzas ştatlarını birləşdirir.

“Qaradərililərin həyatı əhəmiyyətlidir” adlı hərəkatın fəalları polislərin silahdan istifadəsinin məhdudlaşdırılması və afroamerikalıların polis tərəfindən öldürülməsinin araşdırılmasını tələb edirlər.

Təkcə ötən həftə polis 2 afroamerikalını öldürüb.

Onlardan biri 37 yaşlı Elton Dterling Luiziana ştatının Baton-Ruj ştatında öldürülüb.

Ötən istirahət günlərində şəhərdə kütləvi etiraz aksiyaları keçirilibŞ 100-dən çox fəal saxlanıb.

Polis dağılışmaq istəməy aksiyaçılarə dəyənəklərlə döyüb, qollarını buraraq aparıblar.

Hakim dairələrin məlumatına görə, polis bir neçə silah və tapança müsadirə edib.

Ötən cümə axşamı Dallasda polis zorakılına etiraz olaraq keçirilən aksiyada keçmiş hərbçi 4 polisi güllələyib.

Polisin keçirdiyi əməliyyat zamanı onun özü də öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG