Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:29

Azərbaycanlılar pullarını Türkiyəyə yatırır


-

Bu ilin ilk beş ayında Türkiyədə Azərbaycan kapitalı ilə 80 şirkət yaradılıb. Onlardan 29-u səhimdar cəmiyyətdir.

Azərbaycanlılar həmin cəmiyyətlərə 4 milyon 126 min lirə yatırıblar.

Xəbəri Turan agentliyi Türkiyə Palatalar və Birjalar Birliyinin məlumatına istinadən yayıb.

Bu şirkətlərin elan edilmiş ümumi kapitalı 13 milyon lirədən artıqdır. Həmin vəsaitin 10 milyondan artığı azərbaycanlı təsisçilərə məxsusdur.

Hazırda Türkiyədə Azərbaycan kapitalının iştirakı ilə 1700-ə yaxın şirkət fəaliyyət göstərir.

Azərbaycandan Türkiyəyə kapital axını daha çox 2013-cü ildən artmağa başlayıb. Həmin vaxtdan bu yana azərbaycanlılar Türkiyədə 600-dən artıq şirkət qurub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG