Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 19:29

Ermənistana Rusiya qazının ötürülməsi iyulun 10-dan bir ay müddətinə dayandırılıb, “Gazprom Armenia” şirkətinin məlumatında deyilir. Ermənistana bu qaz Gürcüstan ərazisindən ötürülürdü.

“Gazprom Armenia” Gürcüstan qaz ötürmə şirkətindən 2016-cı il iyulun 10-dan avqustun 10-dək Ermənistana təbii qazın nəqlini müvəqqəti olaraq dayandırılacağı haqqında rəsmən xəbərdar edildiyini bildirir.

Məlumatda deyildiyinə görə, qazın müvəqqəti dayandırılması Gürcüstan ərazisində qaz kəmərinin zədələnmiş hissələrinin təmiri, maqistral kranların dəyişilməsi, torpaq sürüşən rayonda yeni tikilmiş kəmər sahəsinin boru xəttinə birləşdirilməsi ilə bağlıdır.

Bu müddət ərzində Ermənistan istehlakçıları Abovyan yeraltı qaz anbarı hesabına qazla təchiz olunacaq.

“Qazprom Armenia” qapalı səhmdar cəmiyyəti ilə Rusiya “Qazprom” konserni arasında 2013-cü ildə imzalanmış sazişə əsasən, 2014-2018-ci illər ərzində “Qazprom” Ermənistanı ildə 2,5 milyard kub metr təbii qazla təchiz etməlidir.

XS
SM
MD
LG