Keçid linkləri

2016, 02 Oktyabr, bazar, Bakı vaxtı 00:37

İyulun 14-də Ukrayna prezidenti Petro Poroshenko-nun Azərbaycana səfəri gözlənilir. Səfərdə prezidenti hökumət üzvləri və iş adamları müşayiət edəcək.

APA bu xəbəri Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupun rəhbəri Maksym Kuriachyi-yə istinadən yayıb.

Səfər proqramına Ukraynanın milli şairi Taras Shevchenko-nun Bakıdakı abidəsinin ziyarət olunması, ölkə başçılarının təklikdə və nümayəndə heyətləri ilə birlikdə görüşləri, iş adamlarının iştirakı ilə toplantılar və s. daxildir.

Prezident İlham Əliyevlə P.Poroshenko bu ilin fevralında Davos İqtisadi Forumunda görüşüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG