Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:41

Şimşək çaxacaq, yağış yağacaq


Yağış
Yağış

İyulun 12-də Bakı və Abşeronda hava dəyişkən buludlu olacaq. Arabir tutulacaq. Yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq.

Xəbəri Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.

Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə intensiv olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 16-21, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 14-19 dərəcə isti olacaq.

XS
SM
MD
LG