Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 16:14

Türkiyədə daha 7 nəfər saxlanıb


Hücumda öldürülmüş aeroport əməkdaşları

Hücumda öldürülmüş aeroport əməkdaşları

-

Türkiyədə ötən ay Ataturk aeroportunda partlayışlarla əlaqədar daha 7 şübhəli saxlanıb. Bununla da həmin hücuma görə saxlananların sayı 37-yə çatıb.

Rəsmi Anadolu agentliyinin iyulun 11-də yaydığı məlumata görə, həmin şübhəlilərə “silahlı terror qruplaşmasının üzvlük” ittihamı irəli sürülüb.

Dogan agentliyi isə iyulun 10-da saxlananların hamısının əcnəbilər olduğunu bildirir.

İyunun 28-də Ataturk aeroportuna hücum zamanı azı 45 nəfər ölüb, 240 nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmasa da, Türkiyə İslam Dövləti (İŞİD) ekstremist qrupunu ittiham edir.

Prezident Recep Tayyip Erdogan hücumun arxasında keçmiş sovet respublikalarından olan İŞİD yaraqlılarının durduğunu söyləyib.

Türk mediası isə adı çəkilməyən hökumət rəsmisinə istinadla yazmışdı ki, hücum edənlər Rusiya, Özbəkistan və Qırğızıstan vətəndaşları olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG