Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:25

-

ABŞ-ın Müdafiə naziri Ash Carter iyulun 11-də Bağdada gedib. O, İraq lideriylə İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı mübarizəni və Mosul şəhərinin ekstremist qruplaşmadan alınması planlarını müzakirə edəcək.

“Baş nazir Haider al-Abadi və ordakı komandirlərimizlə kampaniyanın növbəti addımlarını, Mosulun alınmasını müzakirə edəcəyik”, Carter səfərdən öncə deyib.

Bu səfərdən iki gün öncə İraq qüvvələri Mosuldan 60 km cənubda yerləşən Qayara hava bazasına nəzarəti ələ keçirib.

Carter bunu “strateji qələbə” adlandırıb, deyib ki, bu baza Mosul əməliyyatları üçün çıxış nöqtəsi ola bilər.

Son aylar itkilər verməsinə baxmayaraq, İŞİD hələ də İraqda böyük əraziyə nəzarət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG