Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:31

İranlı heykəltəraşa ittiham


Parviz Tanavoli
Parviz Tanavoli

Tanınmış iranlı heykəltəraş Parviz Tanavoli deyir ki, o, ictimai asayişi pozmaqda və yalan yaymaqda ittiham olunur. Bu yaxınlarda heykəltəraşın ölkədən çıxışına qadağa qoyulmuşdu.

Tanavoli İranın mədəniyyət və media üzrə xüsusi məhkəməsinə baş çəkəndən sonra yarırəsmi ILNA agentliyinə danışıb.

«Mənə dedilər ki, yaratdığım əsərlər asayişin pozulmasına nümunədir», - Tanavoli iyulun 10-da deyib.

Polis, hələlik, məlumatı şərh etməyib.

Tanavoli-nin pasportu ötən həftə alınıb, Londona – yeni kitabının təqdimatına gedə bilməyib.

«50 ildir işləyirəm və indiyədək əsərlərimin heç biri problem yaratmayıb», - Tanavoli sözlərinə əlavə edib. Onu da söyləyib ki, bu ittihamlar əsərləri Tehranda bir neçə məkanda nümayiş olunandan sonra irəli sürülüb.

Tanavoli-nin əsərləri dünyanın bir sıra muzeylərində sərgilənib.

XS
SM
MD
LG