Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:38

«Əl-Şabaab» 10 əsgəri öldürüb


«Əl-Şabaab» yaraqlıları
«Əl-Şabaab» yaraqlıları

İyulun 11-də «Əl-Şabaab» yaraqlıları Somali ordusunun ölkə paytaxtından cənub-qərbdə yerləşən bazasına hücum edərək azı 10 əsgəri qətlə yetirib.

Qruplaşma bildirir ki, partlayıcılarla dolu maşın bazaya girib və içəridə atışma başlayıb.

«Ağır atışma bir neçə saat davam edib», - mayor Ahmed Farah «Reuters» agentliyinə deyib.

Onun sözlərinə görə, azı 12 «Əl-Şabaab» döyüşçüsü də öldürülüb.

«Əl-Qaidə»yə bağlı bu qruplaşma Qərbin dəstəklədiyi hökuməti devirməyə və sərt islam rejimi qurmağa çalışır.

Bir gün öncə Somali hökuməti bildirmişdi ki, paytaxt Moqadişonun cənubunda «Əl-Şabaab»ın hərbi sursat bazası heç bir müqavimət olmadan dağıdılıb.

«Əl-Şabaab» Somalidə və qonşu ölkələrdə dinc sakinlərə və hərbi obyektlərə tez-tez hücumlar edir.

Yanvarda Keniya bazasına hücum zamanı azı 180 əsgər öldürülüb. Daha sonra Moqadişoda restorana hücumda 20 nəfər ölüb.

XS
SM
MD
LG