Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:51

Dallasda daha böyük hücum planlaşdırılırmış


Dallasda öldürülən polislərə abidə

Dallasda öldürülən polislərə abidə

-

Dallasda 5 polis əməkdaşını qətlə yetirmiş ordu veteranı hüquq-mühafizə qüvvələrinə daha böyük hücum planlaşdırırmış. Şəhər polis rəhbərinin iyulun 10-da bildirdiyinə görə, bu hücum partlayıcılarla həyata keçiriləcəkmiş.

25 yaşlı afroamerikalı Micah Johnson deyib ki, o, polisin qaradərililərin ödürməsindən qəzəblənib və ağdərili polis əməkdaşlarını öldürmək istəyib.

Polis rəhbəri David Brown CNN televiziyasına söyləyib ki, “bu şübhəlinin başqa planları olmasından əminik”.

Minnesota və Luizana ştatlarında iki qaradərilinin polisin əlində ölməsi ABŞ-da etirazlara səbəb olub. Dallasda etiraz zamanı isə polis əməkdaşları snayperdən açılan atəşlə qətlə yetirilib.

Johnson özü də polislə atışmada öldürülüb.

David Brown CNN-ə deyib ki, Johnson-un evindən tapılan qeyd kitabçasına əsasən onun partlayıcıları sınaqdan keçirdiyini, daha böyük hədəflərə zərbələr planlaşdırdığını söyləmək olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG