Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:43

-

Birləşmiş Ştatlar bildirir ki, Guantanamo həbsxanasında saxlanan yəmənli məhbus İtaliyaya köçürülüb. Bununla da Guantanamo həbsxanasındakı məhbusların sayı 78-ə düşüb.

Heç vaxt ittiham irəli sürülməmiş Fayiz Ahmad Yahia Suleiman 14 ilini bu həbsxanada keçirib.

Gələn həftələrdə 20-dən artıq məhbusun Guantanamo-dan buraxılacağı gözlənir.

ABŞ Müdafiə Nazirliyi iyulun 10-da yaydığı bəyanatda İtaliya hökumətinə göstərdiyi humanitar jestə və dəstəyə görə təşəkkürünü bildirib.

40 yaşlı Suleiman Əfqanıstanda ABŞ və koalisiya qüvvələrinə qarşı Al-Qaeda ilə birlikdə savaşmaqda şübhəli bilinirdi.

O, 2010-ci ildə buraxılacaqdı. Ancaq Yəməndə müharibə getdiyindən Vaşinqton yəmənli məhbuslarını ölkələrinə deyil, başqa ölkəyə göndərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG