Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 14:22

-

İyulun 10-da Hindistanın nəzarətində olan Kəşmirdə azı 3 etirazçı və bir polis əməkdaşı öldürülüb. Beləliklə də, separatçı liderin ölümündən sonra başlanmış etirazlarda ölənlərin sayı 19-a çatıb.

Etirazçılar fövqəladə rejimə qarşı çıxaraq təhlükəsizlik qüvvələriylə toqquşublar.

İyulun 8-də Hindistan təhlükəsizlik qüvvələri üsyançı Hizbul Mujahideen qruplaşmasının komandiri Burhan Muzaffar Wani-nin və daha iki yaraqlının öldürüldüyünü bildirib. Bundan sonra başlanan etirazların yatırılması məqsədilə fövqəladə rejim elan olunub.

Təhlükəsizlik əməkdaşlarından 100 nəfərin yaralandığı, 3 nəfərin itkin düşdüyü bildirilir.

Hindistan polisi Wani-nin ölümünü “Kəşmirdə yaraqlılara qarşı böyük uğur” adlandırıb. Kəşmirdə əhalinin əksəriyyəti müsəlmandır və üsyançılara rəğbət bəsləyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG