Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:10

Nawaz Sharif ürək əməliyyatı keçirib


Pakistanın baş naziri Nawaz Sharif
Pakistanın baş naziri Nawaz Sharif

Pakistanın baş naziri Nawaz Sharif Londonda keçirdiyi ürək əməliyyatından sonra vətənə qayıdıb.

50 gündür ki, ölkəsindən ayrılan 66 yaşlı baş nazir son 5 ildə ikinci dəfədir ki, ürək əməliyyatı keçirir.

Sharifin səhhətində problemlər Pakistan müxalifətindən istefa tələbləri səsləndiyi ərəfədə yaranıb. Sharif ailəsinin adı «Panama papers» qalmaqalında çəkilib.

Baş nazir deyib ki, o, araşdırmalara hazırdır və ittihamlar öz təsdiqini tapsa, istefaya gedəcək.

XS
SM
MD
LG