Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 05:31

80-dən çox rusiyalı atlet olimpiadaya qatılmaq istəyir


Rusiya atleti Yulia Zaripova (arxiv fotosu)

Rusiya atleti Yulia Zaripova (arxiv fotosu)

Atletlər Federasiyalarının Beynəlxalq Assosiasiyası əslən Rusiyadan olan Daria Klishina-nın Yay Olimpiya yarışlarına qatıla biləcəyini deyib.

Qurumun açıqlamasına görə, Klishina neytral idmançı kimi oyunlara qatıla bilər. Ancaq yekun qərarı Beynəlxalq Olimpiya Komitəsi verəcək.

Braziliyanın paytaxtı Rio de Janerioda Yay Olimpiya Oyunları avqustun 12-də başlayır.

Atletlər Federasiyalarının Beynəlxalq Assosiasiyası onu da əlavə edib ki, 80-dən çox rusiyalı atlet yarışa qatılmaq üçün müraciət edib.

Qurum hazırda ABŞ-da yaşayan və məşq edən rusiyalı idmançı Yulia Stepanova-ya müsbət cavab verib.

Beynəlxalq Olimpiya Komitəsi Rusiyanın onlarla idmançısına dopinq qalmaqalı səbəbindən Yay Olimpiya oyunlarında iştirak etməyə icazə verməyib.

XS
SM
MD
LG