Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:05

Bakının Qara Qarayev prospektində aparılan təmir-tikinti işləri ilə əlaqədar iyulun 10-dan 11-nə keçən gecə prospektin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairə (Dakar meydanı) avtomobilin hərəkəti üçün bağlı olacaq.

Bakı Nəqliyyat Agentliyi yaydığı məlumatda bildirir ki, bununla əlaqədar paytaxtda bəzi marşrut xətlərinin (11, 12, 20, 22, 32, 35, 36, 40, 44, 49, 50, 51, 57, 62, 64, 70, 94 və 214 saylı avtobuslar) hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdiriləcək.

Sürücülərdən alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG